25 İyun 2014 12:41
2 332

“Möhtəşəm yüz il” serialının Mihrimah Sultanı Pelin Karahan ilə iş adamı Bedri Güntay ötən gün toy ediblər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 400 adamın iştirak etdiyi topda Karahanın şahidi Nur Fettahoğlu, Güntayın isə Fatih Terim və Emre Belözoğlu olub. Pelin Karahan toyda iki gəlinlik geyib. İkili bal ayını hara keçiricəkləri ilə bağlı heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Pelin Karahan ilk evliliyi pilates müəllimi Erdinç Bekiroğlu ilə olub. İkili sürpriz şəkildə Barselonada evlənmişdilər. Hazırda Bedri Güntaydan 3 aylıq hamilə olan Karahan məhkəmədən boşanma kağızını tez ala bilməsi üçün xeyli səy göstərdi.

Pərvin


Müəllif: