25 İyun 2014 15:31
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək “Miss Eurovision” gözəllik müsabiqəsinə final hazırlıqları davam edir.

“High Life Fashion & Model Academy”nin baş direktoru və “Miss Eurovision” gözəllik müsabiqəsinin təşkilatçısı Aqil Məmiyevin Teleqraf.com-a verdiyi məlumata əsasən, yarışmanın finalına ciddi hazırlıq gedir.

Onun sözlərinə görə, Türkiyədə karyerasını davam etdirən, “Best Model of the World”, “Miss Turkey”, “Miss Eurovision Beauty Contest”-in münsiflər heyətinin sədri olan Günay Musayeva onların qonağı olub. Görüşdə Aqil Məmiyevlə yanaşı, “High Life Fashion & Model Academy”nin modellərlə iş üzrə direktoru Eldar Qulamov da iştirak edib:

“Günay Musayeva bu yaxınlarda ölkəmizin öndə gedən butiklərinin birində reklam siması olaraq kamera önünə keçəcək”.

Qeyd edək ki, adıçəkilən müsabiqənin finalına qardaş ölkədən bir sıra məşhurlar qatılacaqlar. Model-aktrisa Ece Gürsel, dünyanın ən qabaqcıl moda ölkələrində defilesi olmuş modelyer Çiğdem Akın, “Muhteşem Yüzyıl” serialında şahzadə Mehmet obrazı ilə sevilən Gurbey İleri, dünyanın məşhur estetik cərrahlarından biri olan Bülent Cantimur jüri kürsüsündə oturacaq.

Aytən Həsənova


Müəllif: