27 İyun 2014 11:40
2 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün məhşur müğənnilər - Rəqsanə İsmayılova, Könül Kərimova, Günay İbrahimli, Telli Borçalı müğənni Ayan Babakişiyevanın evində qonaq olublar.

Teleqraf.com xəbər teleaparıcı Zaur Kamalın aparıcılığı ilə “Ay Zaur” verlişinin çəklişi üçün bir araya gələn xanımlardan ibarət sənətçilər əsl qadın həmrəyliyi göstəriblər. Ayanın iradəli və yaşına görə, dünya görüşünün geniş oduğunu deyən qonaqlar həmin gün bayram əhval-ruhiyyəsi yaşadıblar.

Səmimi keçən söhbət arası hər bir sənətçi mahnı oxumağı da unutmayıb. Digərləri isə rəqsləri ilə bir-birlərini müşayiət etməklə verlişi daha maraqlı etdilər. Efirə Ayan Babakişiyeva ilə bir mahnı oxumaq istədiyini bildirən aşıq Telli seçimlərinin aşıq mahnısı olacağını deyib.

Evə əlidolu gələn sənətçilər Ayanın hələlik çəkilişinə icazə vermədiyi 4 aylıq qızı Selenanı da unutmayıblar.

Aysel Şirinzadə


Müəllif: