28 İyun 2014 13:00
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın “qora qovuran” istiləri başlayanadan insanları istirahət etmək, yetərincə gəzmək və yeni mövsüm üçün bolluca enerji toplamaq maraqlandırır.

Teleqraf.com xəbər verir ki, tanınmışlar hər il istirahət üçün həm Azərbaycan, həm də dünyanın gəzməli, görməli yerlərinə üz tuturlar. Hər kəs öz cibinə uyğun istirahətə üstünlük verir. Bəziləri bunun üçün min dollarla pul xərcləyir, uzaq səfərlərə çıxır, digərləri isə Xəzər dənizi sahilində, ya da ki, Azərbaycanın gözəl guşələri - Şamaxı, Qəbələ, Lerik, Masallı, Quba, Qusar, Nabran, Şəki, Zaqatala, Balakən, Altıağac kimi yerlərə yollanır.


Maraqlıdır, görəsən, hansı tanınmışlar ayaqlarını yorğanlarına görə uzatmağa məcbur olur? Kim xeyli pul xərcləyib, xarici ölkərə üz tutur?


Gənc müğənni Orxan Babazadə bu yay istirahətinə 30 min dollar xərcləyəcək. O, avqustda İstanbul, ya da Havay adalarında dincələcək. Müğənni Havay adalarındakı istirahətimə 30 min manat xərcləyəcək.
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova Baham adalarında və Mayamidə dincələcək. Sənətçi bunun üçün nə qədər maliyyə xərcləyəcəyini sirr saxlayıb.


Hər zaman istirahətinə xüsusi vaxt ayıran xalq artisti Brlilliant Dadaşova görünür ki, bu yay da istirahət panları quracaq. Amma sənətçi bu haqda məlumat vermək istəmir. Hələlik isə o, bağ evində dincəlir.
Bir müddət öncə ana olan Ayan Babakişiyeva qardaşı Samir Babakişiyevlə Barselonaya yollanacaq. Daha sobra isə o, Azərbaycanın rayonlarını gəzəcək.


Repçi Elşad Xose bütün yayı Bakıda olacaq. Yaradıcılıq işlərinin şox olduğunu deyən repçi yayda solo konsert vermək haqqında düşünür.


Rejissor Aqil M.Quliyev isə istirahət etməyi sevmir. Deyir ki, hətta isti yay günlərdində hansısa ölkəyə ancaq çəkilşlərlə, işi ilə bağlı gedir.


Hazırda Hindistanda olan rəqqasə Oksana Rəsulova da istirahət haqqında düşünmür. Sənətçi xanım ola bilsin ki, avqust ayında Türkiyədə istiraət etsin.


Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar əksər müğənnilər istirahət edəcək. Onlardan bir çoxu bunun üçün Azərbaycanın bölgələrinə üz tutacaq. Ölkədən kənarda dincələnlər isə bunun üçün nə qədər pul xərclədiklərini sirr saxlayır.

Aysel Şirinzadə


Müəllif: