22 Aprel 2014 16:38

Azərbaycanın “Eurovision” təmsilçisi Dilarə Kazımova keçən həftə Amsterdamdan başlayan “Start a Fire” promoturu çərçivəsində Macarıstana səfər edib.

Teleqraf.com-un xəbərinə görə təmsilçimiz “Dunay” telekanalında yayımlanan səhər teleşousunun qonağı olub. Dilarə həmin verilişdə Macarıstan təmsilçisi Andras Kallay-Saunders ilə görüşüb. O, Dunay telekanalında Macarıstan təmsilçisi ilə duet oxuyub. Daha sonra Dilarə qeyd edib ki, Macarıstan səfərinin ən yadda qalan anı hər iki iştirakçının “Start A Fire” mahnısını ifa etməsi olub.

Qeyd edək ki, Dilarə Kazımova 10 gün ərzində 5 ölkədə çıxış edəcək.

Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək. 59-cu “Eurovision” mahnı müsabiqəsinin mayın 6 və 8-də yarımfinal, 10-da isə final mərhələsi baş tutacaq.

Pərvin


Müəllif: