1 İyul 2014 11:26
1 903

Tanınmış evli aktyor cütü Murat Yıldırım və Burçin Terzioğlu bu gün boşandı.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili bu qərarını mətbuata yazılı şəkildə açıqlayıb. Açıqlamada bildirilir:

“Dəyərli media mənsubları!
Ortaq qərarımıza görə evliliyimizi sonlandırmağa qərar verdik.
Bu həssas dönəmdə şəxsi həyatımızın mərhəmliyinə göstərəcəyiniz hörmət və anlayış üçün təşəkkür edirik.

Murat Yıldırım-Burçin Terzioğlu”

Qeyd edək ki, ikilinin münasibətləri birlikdə rol aldıqları “Fırtına” serialının çəkilişləri zamanı başlayıb. İlk seriyasının çəkilişlərində Murat Yıldırım Burçin Terzioğlunun yanağından öpüb və ona sevdiyini söyləyib.

Pərvin


Müəllif: