22 Aprel 2014 16:53
2 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS telekanalının aparıcısı Aytən Səfərova efirdə müğənni Natavan Həbibiyə qarşı ağır ifadələr işlədib.

Teleqraf.com-un xəbərinə görə, aparıcı sənətçinin Laçının işğalı günü konsert verməsi xəbərinə sərt eyni zamanda məzəli reaksiya nümayiş etdirib:

“Laçında verəcək konserti? Bəlkə onu göndərək getsin Laçın trasında, dəhlizdə dayansın. Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanına, bütün tarixçilərə təklif edirəm ki, orada dərs keçsinlər. Natavan Həbibiyə də keçsələr yaxşı olar. Laçın İcra Hakimiyyətindən xahiş edərik Natavan gedib orda trasda, üzr istəyirəm dəhlizdə, Dağlıq Qarabağın sakinləri üçün konsert verər”.

Qeyd edək ki, N.Həbibinin sözügedən konserti mayın 17-də Heydər Əliyev Sarayında baş tutacaq.

Pərvin


Müəllif: