1 İyul 2014 16:52
2 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orucluqda söyüş söymürəm”

Son günlər cəsarətli çimərlik geyimləri ilə gündəmi zəbt edən Afaq Aslan Ramazan ayında qapanacaq.

Müğənni Teleqraf.com saytına açıqlamasında deyib ki, bütün ayı olmasa da, 10-20 gün oruc tutur:

“Oruc tutduğum müddətdə bütün qaydalara əməl etməyə çalışıram. Söyüş söymürəm, yemək yemirəm. Bir sözlə, insan gərək pis işlərlə məşğul olmasın. Ancaq yaxşı əməllərlə məşğul olmalısan. Amma qapalı geyinmək bir az çətindir. Bununla belə, orucluq ayı müddətində qısa geyinmirəm, şalvarda oluram”.

Müğənni deyib ki, Cənnət və Cəhənnəmə inanımır: "Hətta “Quran”da da bu haqda yazılıb. Pis insanların yeri Cəhənnəmdir. Amma onu biz bilmirik ki, kim yaxşıdır, kim pisdir. Onu yəqin ki, Allah özü görür. Allah özü bilir ki, mən Cənnətə və ya Cəhənnəmə düşəcəyəm. Öz əməllərimi necə qiymətləndirə bilərəm ki?”

Aytən Həsənova


Müəllif: