2 İyul 2014 02:11

Beyons dünyanın ən nüfuzlu sənətçisi seçildi.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məşhur amerikalı pop ulduz Beyons "Forbes" jurnalının keçirdiyi sorğu əsasında dünyanın ən nüfuzlu 100 məşhuru siyahısında ilk yeri tutub.

"Forbes" tərəfindən keçirilən 15-ci "100 ən nüfuzlu şəxs" sorğusuna görə, Ritim ve Blues (R&B) ifaçısı, aktrisa, rəqqasə və model Beyons il ərzində verdiyi 95 konsert turu və adını daşıyan yeni albomu ilə birinci elan edilib. Ötən il siyahıda ilk pillədə duran amerikalı teleaparıcı və aktrisa Opra Uinfi isə dördüncü yerdə qərarlaşıb. Məşhur aktyor Lebron Ceyms ikinci yeri, Dr.Dre kimi tanınan reper Andre Yanq isə üçüncü yeri tutub. "Oskar" mükafatlandırma mərasimlərinin aparıcısı Ellen Dedceneres də ön sıralardadır. Ən nüfuzlu məşhurların ilk 10-luğu isə belədir:

1.Beyons (115 milyon dollar)
2.Lebron Ceyms (72 milyon dollar)
3.Dr.Dre (620 milyon dollar)
4.Opra Uinfi (82 milyon dollar)
5.Ellen Dedceneres (70 milyon dollar)
6.Cey Zi (60 milyon dollar)
7.Floyd Meyuezzer (105 milyon dollar)
8.Rihanna (48 milyon dollar)
9.Keti Perri (40 milyon dollar)
10.Robert Dauni (75 milyon dollar)

Xalidə


Müəllif: