2 İyul 2014 11:48
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

“28 Cinema” növbəti maraqlı layihəsini hazırlayır.

Kinoteatrdan Teleqraf.com saytına verilən məlumata əsasən, Hollivud istehsalı olan “Öz ölkəsinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış” adlı cizgi filmi Azərbaycan dilinə dublyaj olunub. Bu cizgi filmi iyulun 10-da kinoteatrda göstəriləcək.

Dublyajda şoumen Murad Dadaşovla əməkdar artist Tünzalə Ağayevanın səsini eşitmək mümkün olacaq.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz.

Aytən Həsənova


Müəllif: