2 İyul 2014 17:47
1 986

Rusiyalı gözəlçə: “Lüt soyunub, heyvanlarla şəkil çəkdirmək istəyirəm”

“Maxim” jurnalının Rusiyanın ən gözəl xanımları arasında keçirdiyi müsabiqə davam edir.

Teleqraf.com “maximonline.ru” saytına istinadla xəbər verir ki, qalib olacaq xanım jurnalın üz qabığını bəzəyəcək. Sorğuda iştirak edən növbəti gözəl isə Yuliya Culaydır.

Yuliya Milan və Parisdə foto-model kimi fəaliyyət göstərib. “Intima Linea” (İtaliya), “Intima” (Fransa), “Интимода” (Rusiya) jurnallarındakı fotosessiyalar onun son işləridir.

Kamera önündə soyunmağı sevən gözəlçə hesab edir ki, özündə ən gözəl hesab etdiyi ağlıdır.

Heç vaxt büstqalter geyinməyən Yuliya “əgər sinə gözəl deyilsə, forması pisidrsə, büstqaltersiz keçinmək olmaz”, - deyir.

Tatu və pirsinqin əleyhinə olan Yuliyanın ən böyük arzusu Afrikada çılpaq halda heyvanlarla şəkil çəkdirməkdir:

“Lüt soyunub, heyvanlarla şəkil çəkdirmək istəyirəm”.

Aysel Şirinzadə


Müəllif: