3 İyul 2014 13:35
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Rafet El Roman və nişanlısı Ceren Kaplakarslanın toyu olacaq

Teleqraf.com bildirir ki, yaşayacaqları evə qərar verməyə çalışan cütlük qohumlarının iştirakı ilə iyulun 16-da Almaniyada ailə quracaq. Ceren bu yaxınlarda ABŞ-dan Türkiyəyə gələcək ailəsi ilə birlikdə iyulun 13-də Almaniyaya yollanacaq. Rafet və nişanlısı daha sonra İstanbulda dostları üçün də toy mərasimi təşkil edəcəklər.

Qeyd edək ki, müğənni daha əvvəl model Tuğba Altıntopla 1996-cı ildə ailə qurub, 2004-cü ildə isə boşanıb. Cütlüyün bu nikahdan iki qızı var. /axşam.az/


Müəllif: