3 İyul 2014 15:39
672

Rəqsanə: “Mən çox pis halda idim”.

Bu gün “Günaydın” verlişinin mövzusu göz-nəzərə həsr edilib. Verlişin qonaqları sırasında bir neçə gün bundan öncə yeni imicdə “Yaşıl teatr”da konsert proqramı ilə çıxış edən müğənni Rəqsanə də olub.

Mövzuyla əlaqədar Rəqsanə maraqlı fikirlər səsləndirib:

“İnkişafda olan insanda göz olur. Əslində o insana yaxın olan insanları onu çox istəməsindən də göz dəyə bilər. Mənim 6 yaşlı körpəm çox ərköyündür. O, tez-tez xəstələnir. Ona elə evdəkilərin gözü dəyir. Dünən mən özüm də “partdamıya” düşmüşdüm. Konsertdən sonra dünən mən “pasteld”dən ayağa dura bilmirdim. Vallah, həqiqi sözümdür. Əslində mən elə şeylərə inanmıram, amma mənim anam evə gələndə də, gedən də üzərik, duz gətirib yandırıb başımıza fırladır. Dünən mən çox pis halda idim. Konsertin yorğunluğu yox idi. Konsertdə mən yorulmadım”.

Müğənni sevgililər günündə verdiyi konsert proqramında yaşadığı o duyqusal anlardan da danışıb:

“İlham və Fərizənin ağbirçək analarının ürəyini bir az da olsa ələ almağı bacardımsa nə xoş mənə. Onlar səhnəyə çıxanda mən səhnə arxasında o qədər ağladımki”.

/gecce.az/


Müəllif: