8 Aprel 2014 11:23

Xalq artisti Brilliant Dadaşova yenə Türkiyə kanallarının birində qonaq olub.

Teleqraf.com-un xəbərinə görə müğənni sənət dostu, dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə TRT kanalının “Yeni gün” proqramında çıxış edib.

Proqramda bir neçə xalq və bəstəkar mahnılarını ifa edən xalq artistinin repertuarında diqqət çəkən məqam türklərin anonim kimi “Mavi boncuk” adıyla təqdim etdikləri “Qal sənə qurban” mahnısını məhz Azərbaycan dilində ifa edib tamaşaçılara mahnı haqda məlumat bildirməsi olub.

Qeyd edək ki, xalq artisti məhz Türkiyə televiziya məkanında ilk çıxış edən müğənni olub. 1992-ci ildən davamlı olaraq Türkiyə televiziyalarına və konsertlərinə dəvət alan xanım Dadaşova demək olar ki bütün çıxışlarında Azərbaycan xalq mahnılarını ifa etməklə musiqilərimizin təbliğatında fəal iştirak edir.

Teleqraf.com həmin video yazını təqdim edir:


Müəllif: Teleqraf.com