7 İyul 2014 12:06

“Bu şəhərdə” komandasının aktyoru Rəfael İsgəndərov və ssenaristi Müşviq Abbasov “Onlar” verilişinə müsahibə veriblər.

M.Abbasov oktyabrda yeni konsert təqdim edəcəklərini bildirib:

“Bizim tək gəlirimiz konsertlərdir. Toylara, şənliklərə getmirik. Bu il Coşqunun gəliri bizdən çox olub. Qızına toy etdi, pul yığdı. (gülür) Oktyabrda beşgünlük yeni konsertimiz olacaq. Tələbat olsa, günü artıracağıq. Son illər şou-biznes maraqsızlaşıb. Çox parodiya edə bilmirik. Budəfəki konsertdə Coşqun Konçitanı canlandıracaq”.
M.Abbasov onlara müğənnilər tərəfindən onlara təklif edilən pullardan da danışıb:

“Çox vaxt müğənnilər pul təklif edirlər ki, onları konsertdə parodiya edək. Sonuncu dəfə biri 30 min manat verirdi, qəbul etmədik. Bu, bütün tamaşaçını o müğənniyə qurban vermək idi. İnsan kimi çox maraqsız biridir. İndiyə qədər təklif olunan pulları yığsaydıq, villalarımız, maşınlarımız var idi. Hədəfimiz o olmayıb. Buna görə də hərəmizin bir evi, bir də maşını var. Hətta bizə başqasını tənqid etmək üçün də pul təklif olunub, istəməmişik”.
R.İsgəndərov isə şou-biznesin hazırkı durumundan şikayət edib:

“Parodiya üçün şou aləmində maraqlı anlar yaşanmalıdır. Gərək kimsə saçyolduya çıxsın, dava etsin ki, biz də onu seçək. Durub kiminsə ailəsi ilə görüntülənməyini, maşınını nümayiş etdirməyini parodiya etməyəcəyik ki. Buna görə də son vaxtlar şou-biznesdən az adam seçə bilirik".
/axşam.az/

Müəllif: