7 İyul 2014 15:36
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xumar Qədimova “Onlar” verilişində maraqlı açıqlamalar verib.

Sənətçi yeni layihə üzərində çalışdığını söyləyib:

“O layihə həyata keçsə, tamaşaçı növbəti gözəl ifanın, damarın, musiqinin, mahnının şahidi olar. Bu, Türkiyə ilə bağlı deyil, başqa bir yerdə birlikdir. Ola bilsin ki, iki Xumar Qədimova birləşib, dinləyicinin aşiq olacağı əsəri yaratsın. Duet ortağım kişi müğənnisidir. O, Xumarın kişi formasıdır. Eyni tərzdə oxuyuruq. İki eyni ürək, eyni tərz”.

X.Qədimova xalq artisti Aygün Kazımovanın və Röyanın onun “Elə-belə” ifadəsini təkrarlamasına da münasibət bildirib:

“Qoy söyləsinlər. Hələ onların söyləyəcəyi çox şey olacaq. Hamısına hörmət edirəm. Təki, gözəl nəğmələr yaradım, onlar da nümunə gətirsinlər. Nəyi pisdir ki? Deməli, mən bir iş gördüm”.

Müğənni heç bir sosial-şəbəkədə olmadığını da deyib:

“Heç bir sosial şəbəkədə yoxam, olmaq fikrində də deyiləm. Hərdən yaxınlarım nəsə mahnı, şəkil göndərmək istəyir, ona görə də, “WhatsApp” açmışam. Az insan bilir. Kitab oxuyuram. Əvvəl bir kitabı 1 aya bitirirdim. Amma “WhatsApp”a yazanların yanında fikrim qalır deyə, gec oxuyuram, bir aydır, bitirmirəm. Sosial şəbəkəyə qarşı allergiyam var. Tamaşaçıya bizim həyatımız maraqlıdır. Amma durub içdiyimiz çayı qoymaq düzgün deyil. İnsanları bu şeylərlə yormayaq. Xumar nəğmələrin köməyi ilə ortalıqda olmağı bacarır. Bəlkə, zaman gələndə tükənəcəm, şəkil qoyacam ki, maraq doğurum. Hərdən məni dünya ulduzlarına bənzədirlər. Fəxriyyə Xələfova da məni Cennifer Lopezə bənzətmişdi. Amma mən oxşamaq istəmirəm. Xumar olum, bəsdir”.

/axşam.az/


Müəllif: