8 İyul 2014 12:48
2 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhtəşəm Sultan bəlli oldu

2015-ci ilin sentyabr ayında Türkiyədə ekranlara çıxması planlaşdırılan “Kösəm Sultan” serialının baş rol ifaçısının adı bəlli olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın baş qəhrəman obrazını tanınmış aktrisa Beren Saat canlandıracaq.

Qeyd edək ki, bu rolu oynaya biləcək aktrisalar arasında Məryəm Üzərli və Tuba Büyüküstünün də adı hallanmışdı.

Amma istehsalçı şirkət Tims Prodakşının qəti qərarı Beren olub. Hazırda toy hazırlıqları görən Beren son dəfə tamaşaçıların qarşısına “İntiqam” serialında canlandırdığı Yağmur obrazı ilə çıxıb.

Qeyd edək ki, “Möhtəşəm yüz il” dən sonra ikinci dəfə Osmanlı tarixinin məsuliyyətli dövrünü ekranlara gətirəcək “Kösəm Sultan” serialının çəkilişləri üçün hazırlıqlar davam edir. Osmanlı tarixinin ən güclü qadınlarından biri olaraq anılan, əsil adı Anastasiya olan Kösəm Sultan 1590-cı ildə Yunanıstanda dünyaya gəlib. 15 yaşında İstanbula göndərilən qızcığaz Osmanlı padşahı I Əhmədin həyat yoldaşı olub.

Həyatı romanlara, teatr, opera əsərlərinə mövzu olan Sultan oğulları 4-cü Murad və İbrahim, nəvəsi 4-cü Mehmətin hakimiyyəti dövründə dövlət işlərinin idarə edilməsində təsiredici gücə malik olub.

Pərvin


Müəllif: