8 İyul 2014 14:06

Türkiyəli aktyor Tolqa Karel “Posta” qəzetinə müsahibə verib.

Aktyor həyat yoldaşı, azərbaycanlı model Günay Musayeva ilə bağlı sualları cavablandırıb. O, “Siz “Survivor” müsabiqəsində olanda həyat yoldaşınız çox gəzirdi. Bunu söz etdilər” sualına belə cavab verib:
“Bir qadının həyat yoldaşı “Survivor”da olduğu üçün qəmli olmalı deyil ki... “Əri adada, özü gecə gəzintilərində” başlıqlı yazılar yazıldı. Bu qadın modeldir, dostları var. Günayın əri yarışmaya getdi, ölmədi ki...”.

T.Karel yarışmada olduğu vaxtda evinə gələn məmurlardan, əşyalarının müsadirə olunmasından da danışıb:

“Sözügedən hadisə mətbuatda başqa cür işıqlandırıldı. Mən yarışmaya getməzdən əvvəl Günayın və oğlumun xərclərini ödəyəcək qədər pul qoymuşdum. Borc məsələsi keçmişdə olan iş idi. Hazırda heç bir problem yoxdur, vəkillərim məsələ ilə maraqlanırlar”.

/axşam.az/




Müəllif: