8 İyul 2014 15:26
1 997

Uzun aylardan sonra xərçəng xəstəliyindən əziyyət çəkən rus müğənnisi Janna Friske ayağa qalxa bilib.

Rusiyanın estrada müğənnisi, kinoaktrisa və fotomodel “Blestyaşie” qrupunun keçmiş solisti olub. 2013-cü ildə ilk övladını dünyaya gətirdikdən sonra başağrılarından şikayət edən Jannanın ağır xəstlikdən əziyyət çəkməsi haqda xəbərlər yayıldı.

O, Almaniya və ABŞ-da beyin şişindən müalicə alıb. Artıq sağaldığı iddia olunan müğənni vətənə geri dönüb.

Janna ad gününü Pribaltikada aldığı evdə keçirib. Elə buradaca da o, uzun müddətdən sonra paparasilərin kameralarına tuş gəlib.

/publika.az/


Müəllif: