8 İyul 2014 17:31

Məşhur sovet rejissoru Dinara Asnovanın oğlu Ənvər Asanov doğulduğu Sankt-Peterburqdan 100 kilometr aralı meşədə tənha tapılıb.



Sovet illərində çox sayda filmlər çəkərək böyük pullar qazanmış rejisorun yeganə varisi 20 ildir ki, müflis şəkildə vəhşi təbiətin qoynuna sığınıb. Dinara Asanova özü isə 1985-ci ildə Murmanskda yeni filmin çəkilişi zamanı dünyasını dəyişib. Həmin vaxt onun 42 yaşı olub.

Rejissor 29 yaşında ana olub və uşağının atası mistik rəssam Nikolay Yudin olub. Oğlunun ilk adı Vladimir olub, amma sonradan oğluna fars adı verib və onu Ənvər adlandırıb. Anası öləndə onun 13 yaşı olub. Ənvər Sankt-Peterburqa atasının yanına qayıdıb, amma ona lazım gəlməyib. Ona görə də tərki-dünyalığı seçib.

Nikolay Yudin 2008-ci ildə ölüb və Ənvər tamamilə tənha qalıb. O, meşənin ortasında “Lenfilm” əməkdaşlarına məxsus bağ sahələrinin arasına, daha doğrusu yol kənarına sığınıb. Orada təcili yardım avtomobilinin kuzasında yaşayır və tibbi xərəkdə yaşayır, dolanışığını meşədən çıxarır. Vəssalam…

/ans press/


Müəllif: