9 İyul 2014 16:09
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova əsəbləşib.

Müğənninin ötən il Ramazan ayında açdığı iftar süfrəsi zamanı əməkdar artistlər Elza Seyidcahan və Zöhrə Abdullayeva ilə çəkilmiş fotosu sosial şəbəkədə yenidən gündəmə gəlib. Belə ki, onların məsciddə qısaqol paltar geyinmələri müzakirə obyektinə çevrilib. B.Dadaşova həmkarları haqqında sərt sözlər yazanlara belə cavab verib:

“Nə axmaq, cahil müsəlmanlar var imiş. Ona görə də, dünya müsəlman adı gələndə diksinir. Bizim inancımız, imanımız, böyük fəlsəfəsi olan İslamdır. Əlbəttə ki, qoluaçıq geyinib, heç kimə mərdimazarlıq etməmişik. Qolunu, başını bağlayıb, ağlı, əqidəsi, düşüncəsi pislik istehsal edənlər bəsit fikirlərini boş boğazlarında saxlasalar, Allaha daha xoş olar”.

/axşam.az/


Müəllif: