9 İyul 2014 16:18
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş rolunda oynadığı “Kurt Seyit və Şura” serialının yüksək reytinq qazana bilməməsi məşhur aktyor Kıvanc Tatlıtuğun depressiyaya düşməsinə səbəb olub.

İstirahət üçün sevgilisi Başak Dizər ilə Los-Ancelosa gedən aktyor təyyarədə sərxoş olub.

Əsəbi halda bahalı brendin bir butulka şərabını bir nəfəsə içən Kıvanc sərxoş olub. Buna baxmayaraq, yenə şərab tələb edərək içməyə davam edən aktyor təyyarədə başqa bir ulduzun, basketbolçu Kobe Bryantın da olduğunu öyrənib.

Stüardessalara məşhur ulduzla tanış olmaq istədiyini deyən Kıvanc az sonra istəyinə nail olub. Belə ki, Kobe qalxıb Tatlıtuğun yanına gəlib, o isə oturduğu yerdən qalxmayaraq salam verməklə kifayətlənib.

/tabloid/


Müəllif: