9 İyul 2014 22:36
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar fərqli ifaları ilə gündəmdə olan bəstəkar-müğənni Xumar Qədimova daha bir mahnısını təqdim edib.

Sənətçi bu dəfə məşhur türk bəstəsi “Bizi kimsə ayıramaz”ı özünəməxsus tərzdə səsləndirib. Bir çox tanınmış türk müğənnisinin oxuduğu həmin mahnını dinləyicilər bu dəfə Xumar Qədimovanın ifasında fərqli formada eşidəcəklər.

Qeyd edək ki, “Bizi kimsə ayıramaz” nəğməsi Türkiyə ilə yanaşı, dünyanın digər ölkələrində də məşhur müğənnilər tərəfindən oxunub.

Onu da vurğulayaq ki, Xumar Qədimova imicində dəyişiklik edib. Sənətçi saçlarını boyayıb.

/axşam.az/


Müəllif: