10 İyul 2014 14:14

ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının ötən gün final mərhələsi keçirilib.

Nərgiz Vahabqızı və Rüfət Ağayevin aparıcılıq etdiyi gecədə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afa İsmayılova və stilist Məhmət Özəl əyləşib.

Mərasimdə çıxış edən R.Əliyeva həyəcanını gizlətməyib:

“Gecəyə xüsusi hazırlaşmışam. Amma çox həyəcanlıyam. Elə bil ki, ilk dəfədir, münsif kürsüsündə otururam. Bu gün bir iştirakçıya sürpriz hazırlamışam. O, ikinci, üçüncü olsa da, hədiyyəmi təqdim edəcəm”.

Müsabiqənin qalibi oğlanlar arasında Fəxri Qasımov olub. Yarışmanın şərtlərinə əsasən, o, avtomobil qazanıb. Xanım iştirakçılardan isə birinci yerə Təranə Rzayeva çıxıb. Ona brilyant dəst bağışlanıb.

Ruhi Əliyeva xüsusi hədiyyəsi olan brilyant boyunbağını isə Aynur Sevdayevaya verib:

“Aynuru hər zaman çox dəstəkləmişəm. Elə buna görə də, hər ehtimala qarşı, öncədən onun üçün hədiyyə hazırladım. Aynur buna layiq xanımdır”.

/axşam.az/


Müəllif: