10 İyul 2014 22:33
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən seksual qadınlarından olan məşhur aktrisa Meqan Foks "Cosmopolitan" jurnalına şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Qadınların onu qısqandığını deyən aktrisa buna görə də rəfiqələrinin olmadığını bildirib:

“Çox dostum yoxdur. Mən qısqanc insan deyiləm. Heç vaxt başqa qadınlarla rəqabət aparmamışam. Amma təəssüf ki, ətrafımdakı insanlar mənim kimi deyillər. Ona görə də rəfiqəm yoxdur”.

Maraqlı açıqlamalarına davam edən aktrisa gözəl və seksual görünməyə o qədər də əhəmiyyət vermədiyini deyib:

“İndi elə dövrdür ki, bütün qadınlar gözəl və seksual görünmək üçün əllərindən gələni edirlər. Mənim heç vaxt belə bir səyim olmayıb. Mənə görə güclü, özünü sevən və maddi cəhətdən özünə baxa bilən hər bir qadın seksualdır. Hər bir kişi belə qadının qarşısında diz çökər”.

/tabloid.az/


Müəllif: