11 İyul 2014 13:03
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Murat Bozla bağlı maraqlı dedi-qodular yayılıb.

Müğənninin homoseksuallar üçün nəzərdə tutulan “Gay Mag” jurnalının üz qabığına çıxacağı və açıq-saçıq fotosessiya etdirəcəyi iddia olunur.

Ortaköydə dostları ilə birgə iftar yeməyi yeyən Murat jurnalistlərin bu iddialarla bağlı suallarını cavablandırıb.

“Həmin jurnalın üz qabığına çıxacağım xəbərləri yalandır”, - deyən Murat belə bir təklifin gəldiyini isə inkar etməyib.

“Razılıq cavabı verməmişəm, amma mənfi reaksiya da göstərməmişəm”.

Müğənninin cavablarından belə məlum olub ki, o, “Gay Mag” jurnalının təklifini hələlik düşünür. Muradın cavabı maraqla gözlənilir.

/tabloid.az/


Müəllif: