12 Aprel 2017 12:42
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Star” telekanalında “Zuhal Topalla evlənmə” verilişində azərbaycanlı iştirakçılar canlı yayımda biri-birini biabır ediblər.

Teleqraf.com xəbər verir ki, Naz Milaya namizəd çıxan Elmirin əslində Əli Əkbərlə dost olduğu ortaya çıxıb.

Elmir Əlinin keçmiş sevgilisindən ayırdığını iddia edib: "Sevgilim vardı və biz son günlər tez-tez mübahisə etməyə başlamışdıq. O zaman Əli dostum idi. Sevgilimlə ayrıldıqdan bir həftə sonra məkanların birində onu Əliylə gördüm. Əli mənə dedi ki, siz ayrılmısınız və biz biri-birimizi sevirik. Keçmiş sevgilimlə fotolarınız da var. İki illik münasibətimə son qoydu".

Əli Əkbər isə iddiaları qəbul etməyib: “Qız həmişə Elmirdən məni soruşurmuş. Elmirin də qızdan xoşu gəlirmiş. Qızın isə mənə rəğbəti vardı deyə sadəcə onunla danışırdım, amma sevmirdim. Bura çıxma səbəbi də ortadadır. Sənin Naza namizəd olmağın vecimə deyil".

Naz Mila isə Elmirin Əli Əkbərə acıq vermək üçün ona namizəd çıxdığını deyərək verilişi tərk edib.

Rəqsanə


Müəllif: