13 Aprel 2017 00:45
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cinema plus"da müğənni Natavan Həbibi və Məcid Hüseynovun baş rollarını canlandırdığı "Hozu" romantik komediya filminin qala gecəsi baş tutub.

Natavan Həbibi Teleqraf.com-a açıqlamasında ssenari xoşuna gəldiyi üçün film təklifini qəbul etdiyini deyib: "Filmi izlədik və xoşuma gəldi. "Hozu"da Elza Seyidcahan da çəkilib və o, öz ampulasındadır. Şeirlərini təqdim edir. Ən maraqlı səhnələrdən biri Elza ilə Ağamirzənin obrazıdır. Həyatda Hozu kimi sevgilim ola bilməz. Çünki dəhşət adamdı. Amma obraz olaraq elə insanlar daha çox sevilirlər. Çünki təbiidirlər, oynamırlar. Qonarara gəlincə, öncədən hamının qonararı verildi. Amma məbləği açıqlamayacam".

Məcid Hüseynov da obrazından danışıb: "Hozu kənd uşağıdır, təmiz qəlblidir, saf insandır. Bir çox insanlar düşünürdü ki, Natavanla tərəfmüqabili olmaq çətin olacaq. Amma elə deyil. Natavan xanımın heç bir kaprizi yox idi. Filmin çəkilişləri bitmədən hər kəsin qonararını verdik".

Filmdə Ramiz Hüseynzadə, Səbinə Əliyeva, Elsevər Mehdizadə, Ağamirzə Məmmədov, Elza Seyidcahan, Tural Baxış və başqaları çəkilib.

Xatırladaq ki, Elza Seyidcahan inciyərək film başlamadan qala gecəni tərk edib.

Rəqsanə


Müəllif: