15 Aprel 2017 13:46
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dəfə boşanmağa cəhd edən, amma sonra qərarı dəyişdirən Hollivudun məşhur cütlüyü - Cennifer Qarner və Ben Aflek vəkilə müraciət edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cütlük 10 illik münasibətlərinə son qoymaq niyyətindədir.

Ben Aflekin uşaqların dayəsi ilə ona xəyanət etdiyini iddia edən Qarner münasibətləri qaydasına qoymağa çalışdığını da bildirib. Amma səylər nəticə verməyib.

Maraqlısı odur ki, hər iki tərəf uşaqları himayələrinə götürməyə çalışır.

Cennifer Qarner və Ben Aflek 2003-cü ildə çəkilən “Daredevil” filminin çəkilişlərində tanış olublar. Hazırda onların üç övladı var.

Pərvin


Müəllif: