16 Aprel 2017 20:12
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birce Akalay "Yer, gök, aşk" serialında tanış olub, ərə getdiyi aktyor, keçmiş həyat yoldaşı Murad Ünalmışla 5 il aradan sonra yenidən kamera qarşısına keçməyə hazırlaşır.

İkinci əri Sarp Lebendoğlu ilə boşanandan sonra balet Can Tunalı ilə eşq yaşadığı iddia olunub.

Aktrisanın "Star TV"də yayımlanan "Hayat bazen tatlıdır" serialının yaxın günlərdə final edəcəyi deyilib. Efirdən uzaq qalmaq istəməyən Akalay yeni bir layihəyə imzalayıb. Çəkilişləri 1,5 ay sonra Antakyada başlayacaq serialda cütlüklə yanaşı Vildan Atasevər də rol alacaq. Ekran işi "Star TV"də yayımlanacaq.

Qeyd edək ki, Birce Ünalmışla bir il ailəli qalıb və 2012-ci ildə boşanıb.
/Axşam.az/


Müəllif: