22 Aprel 2017 18:38
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Burak Özçivit nişanlısı Fəxriyyə Evcənlə Arnavutköydə axşam yeməyində görüntülənib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, iyun ayında nikah masasına əyləşən Burak Özçivit və Fəxriyyə Evcən cütlüyü toylarına sponsorluq etmək istəyən şirkətlərin milyonluq təklifindən imtina edib.

Burak Özçivit sponsora ehtiyac olmadığını və toy mərasimini özlərinin təşkil edəcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ərəb iş adamı məşhur cütlüyə Dubay və Qatara bal ayına getmək üçün 2 milyon dollar təklif etmişdi.

Rəqsanə


Müəllif: