23 Aprel 2017 10:53
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzəb verdiyimiz kimi, xalq artisti Aygün Kazımova ikinci dəfə Almaniyada keçiriləcək "DAF BAMA Music Awards 2017" mükafatlandırma mərasiminə qatılacaq.

Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında mükafata namizəd olan digər namizədlərdən danışıb.

O, illərdir küsülü olduğu əməkdar artist Röya Ayxanın da siyahıda yer aldığını deyib:

"İlklər mənim alnıma yazılıb. Ötən il getdim, iştirak etdim. Mən Röya və Miri Yusifi də görüb, bəyənmişəm. İkisi də mənim səhifəmdə var. Bu il başqa sənətçimiz olarsa, alqışlayıb və səs verərəm. Onlara demək istəyirəm ki, mən olsam mən, siz olsanız siz, onları məğlub edin".


Müəllif: