23 Aprel 2017 14:43
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb.

Report xəbər verir ki, bu barədə müğənni Feysbukdakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.

"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukrayna), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.


Müəllif: