24 Aprel 2017 16:49
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya çox getdiyimə görə cərimə edildim və onu da ödədim.

Bu sözləri gənc müğənni Damla Rusiyadan üç illik deportasiya edilməsi barədə xəbərlərə münasibət bildirərkən Teleqraf.com-a açıqlamasında deyib.

Müğənni yayılan xəbərləri təkzib edib:

“Deportasiya edilməmişəm. Sadəcə, girişimə ”Stop” qoyulmuşdu. O da həll olundu. Rusiyaya çox getdiyimə görə cərimə edildim və onu da ödədim. Cərimənin miqdarını deməyəcəm. Yüngülvari idi. Hadisə bir ay əvvəl baş verib, on gün öncə də cəriməni ödəmişik. Moskvada toylarım çox olur”.

Qeyd edək ki, müğənninin Rusiyadan deportasiya edilməsi barədə xəbərlər mətbuatda bu gün yayılıb.

Rəqsanə


Müəllif: