25 Aprel 2017 10:07
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak gecə saatlarında avtomobil qəzası keçirib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzaya səbəb yağış səbəbindən Çıtakın idarəetməni itirməsi olub. Avtomobil qəza zamanı səkiyə çırpılıb.

O, qəzanın təfərüatları haqda danışıb: “İnsan həyatı saniyələrə bağlıymış. Elə bildim ki, avtomobil dayanmayacaq. Qarşıdan avtomobil gəlmədiyinə və kimisə vurmadığıma görə şükür edirəm”.

Rəqsanə


Müəllif: