26 Aprel 2017 15:42
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur rep-ifaçısı Timati adı ilə tanınan Timur Yunusov Moskvada xəstəxanaya yerləşdirilib. Bu barədə ifaçının PR-meneceri Mariya Kobeleva xəbər verib.

Artistin nümayəndəsi bildirib ki, onun səhhətində kəskin problem yoxdur, sadəcə adi müayinələrdən keçmək üçün xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, bu, ifaçının gərgin iş qarfiki ilə əlaqədardır: "Yaxın günlərdə xəstəxanadan buraxılaraq işinə dönəcək".

Qeyd edək ki, aprelin 24-də Timati Bakıda konsert proqramı ilə çıxış edib. (Trend)


Müəllif: