29 Aprel 2017 18:17
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur komediya ustası Cem Yılmaz özündən 19 yaş kiçik sevgilisi Mərvə Çağıranla görüntülənib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ortaq dostları - Ozan Güvən, sevgilisi Ece Önənlə birgə qatıldıqları partidən çıxarkən kameralara tuş gəliblər.

Bundan rahatsız olan Cem Yılmaz əsəbiləşərək, sevgilisi ilə bağlı verilən suallardan yayınıb:
“Ozanla uzun illərə söykənən səviyyəli bir münasibətimiz var”.

Qeyd edək ki, Cem Yılmazla Mərvə Çağıran “Fi” serialının çəkilişləri zamanı tanış olublar.

Pərvin


Müəllif: