15 İyul 2014 21:25
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

41 yaşlı Hollivud ulduzu Qvinet Peltrou şəxsi həyatındakı problemlərin həlli ilə məşğul olarkən, aktrisanın zahiri görünüşü ətrafında hay-küylü müzakirələr davam edir.

Buna səbəb isə Qvinetin “Max Factor” kosmetika şirkətini reklamında aktrisa Odri Hepbern obrazında görünməsidir. Qvinet Odrinin “Tiffanidə səhər yeməyi” filmindəki obrazını təkrarlayıb.

Bu obrazın sayəsində Qvinet ünvanına kəskin tənqidlər eşitməli olub: “Hepberninin rolu üçün bundan pis aktrisa seçilə bilməzdi!” “Qvinet heç vaxt Odrini oynaya bilməz!” "O, Odri olmaq üçün kifayət qədər gözəl deyil!”...

Yeri gəlmişkən, bu cür mübahisələr 2013-ci ildə Qvineti “dünyanın yaşayan ən gözəl qadını” titulu veriləndə də gedirdi.

/tabloid/


Müəllif: