16 May 2017 15:03
2 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə iş adamı Fəraməz Gərmrudi ilə evlənməyə hazırlaşan Aygün Bayramovanı müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə sosial şəbəkədə Aygün Bayramova haqqında bu sözləri yazıb:

“Aygün Bayramova sənətinə və xanımlığına hörmət etdiyim və bir çox sənətçilərə örnək ola biləcək xanımdır.

İnsan ailə qurur, xoşbəxt olmaq istəyir. Bəzi saytlar hər gün Aygün xanımın ailə qurması haqqında xoşgəlməz məqalələr yazırlar. Nə istəyirlər? Onlara nə lazımdır? Hanı sizin Azərbaycan qadınına, sənətkarına hörmətiniz?

İllərini sənətə vermiş, mədəni və tərbiyəsi pak bir Azərbaycan xanımından nə istəyirsiniz? Bəlkə ailə qurmasın? İşimiz ancaq bir-birimizi aşağılamaq, didmək, parçalamaq, başqasının xoş gününə sevinməməkdir. Bizi kim və nə dəyişdi? Allahım, sən yaxşı insanlar mərdimazardan qoru!”

Rəqsanə


Müəllif: Teleqraf.com