16 May 2017 18:11
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəxanaya yerləşdirilən “Dəyirman” qrupunun keçmiş üzvü Elmir Məhərrəmovdan xəbər var.

Elmir Məhərrəmovun köməkçisi Mete Teleqraf.com-a açıqlamasında Xüsusi Müalicə Sağlamlıq Kompleksindən evə buraxılacağını deyib:

“Qəflətən səhhəti pisləşmişdi. Şükür Allaha, indi özünü yaxşı hiss edir. İki günə xəstəxanadan evə buraxılacaq. Müalicəsi ev şəraitində davam edəcək. Dörd gündür xəstəxanadadır, artıq palataya köçürülüb. Bütün sənət dostları ziyarət edir”.

Mete repçinin hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb.

Rəqsanə


Müəllif: Teleqraf.com