17 May 2017 10:40
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə narkoman, “alkaş” deyənlər olub. Bəzi səbəblərdən polisə də düşmüşəm.

Teleqraf.com xəbər verir ki, bu etirafla bu gün doğum gününü qeyd edən rejissor Kənan MM çıxış edib.

Sosial şəbəkədə ad gününü özünəməxsus şəkildə qeyd edən rejissor 41 ildə yaşadıqlarını yazıb:

“Beldən aşağı, film dili olmayan filmlərlə mübarizə aparmışam. Qala gecəsinə gəlib, məni təbrik edib, sonra mənim və filmim barədə nalayiq sözlər deyənlər də olub.

1994-cü ildən kirayədə yaşamışam. “20 Yanvar” metrosunda yeraltı bazarda çalışmışam. Gecə növbəsində gözətçi işləmişəm. Rejissor diplomum əlimdə bəzi TV kanallarının qarşısında iş üçün boynumu bükmüşəm. Amma haram yeməmişəm və Allah 41 il mənimlə olub. Ən əsası mən həmişə məni sevənləri tanımışam”.

Pərvin


Müəllif: Teleqraf.com