22 May 2017 00:38
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tükiyəli müğənni Burak Kut Bakıya gəlib.

Teleqraf.com-un məlumatına görə, sənətçi Türkiyənin mədəniyyət və Turizm günləri çərçivəsində keçirilən konsertdə səhnəyə çıxıb.

Tədbir Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə keçirilir.

Türkiyə mədəniyyət və Turizm günləri "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutub.














Müəllif: Teleqraf.com