22 May 2017 11:23
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə kartın mövcudluğundan belə xəbərim yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Elariz Məmmədoğlu ABŞ-a Qrin kart qazanmasıyla bağlı xəbərə münasibət bildirərkən deyib.

Müğənni xəbərin uydurma olduğunu bildirib:

"Vallah yalandır. Mənim hətta belə bir kartın mövcudluğundan xəbərim yoxdur. Ona görə həmin lotereyaya müraciət etməmişəm. Xəbərim olmadan necə edə bilərdim axi?"

Qeyd edək ki, ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb.

“Qafqazinfo”nun yaydığı xəbərə görə isə həmin siyahıda keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu da var.


Müəllif: Pərvin