23 May 2017 10:43
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Aygün Bayramovanın toyudur.

Teleqraf.com xəbər verir ki, xanəndə İran vətəndaşı olan musiqiçi və iş adamı Fəraməz Gərmrudi ilə ailə quracaq.

Bakıda yerləşən otellərdən birində baş tutacaq mərasimə tanınmış simalar, mədəniyyət və incəsənət adamları dəvət olunub.

Aygün Bayramova 1967-ci ilin avqust ayının 4-də Ağdam rayonunda anadan olub. 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirib.

1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlayıb.

Müəyyən vaxtlarda Muğam Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.


Müəllif: Pərvin