17 İyul 2014 11:02
8 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oliqarxların həyat yoldaşları ərlərinin sayəsində bütün arzularını həyata keçirirlər. Hətta ulduzları geridə qoyaraq, cəsarətli və ekstravaqant tərzləri ilə seçilirlər. Bir müddət sonra dəb ikonalarına çevrilərək, modapərəstlərin təqlid obyekti olurlar. Bu həftə “9 don” layihəsi çərçivəsində incə zövqü, aristokrat gözəlliyi diqqət çəkən zəngin oliqraxın həyat yoldaşı Ulyana Serqeenko haqqında danışacağam. O, yaraşıqlı milyonçunu əldə etmək üçün Danila Xaçaturovun nikahlı həyat yoldaşı ilə ciddi qalmaqal yaşayır. Bu qalmaqal ərinin sərvətinin yarıbayarı bölünməsinə səbəb olur. Bu barədə az sonra öyrənə biləcəksiniz. Hələlik isə seçdiyim qəhrəmanı sizinlə daha yaxından tanış etmək istəyirəm.

Rus milyarderinin həyat yoldaşı Ulyana Serqeenko dünyanın ən yaxşı geyinən insanları siyahısına düşən yeganə rusdur. Bundan başqa, o, ilk rus dizayneridir ki, Parisdə “Dior” və “Chanel” kimi böyük moda evləri ilə yanaşı öz kolleksiyasını nümayiş etdirib. Ulyana kübar rus xanımları arasında ən dəbli və zövqlü geyinən aristokrat qadın kimi xarakterizə olunur. O, unikal geyim ansamblları ilə bu gün oliqarx xanımlardan tutmuş, dünya ulduzlarına qədər ən çox tələb olunan dizaynerlərdən biridir. O, təkcə Rusiyanın deyil, həm də dünyanın dəb tarixində böyük çevriliş edən dizayner kimi düşüb. İnqilabçıların və avanqard rəssamların əsərlərindəki yenilik, ehtiras Ulyana Serqeenkonun əsas ilham mənbəyidir. Onun hər bir obrazında biabırçılıqdan tamamilə uzaq olan seksuallıq hiss olunur. Burada məsələ təkcə seçilən geyimlərdə deyil, onun düzgün daşımağı bacaran sahibindən də çox şey asılıdır.

“Özümü brend qadın hesab edirəm”

Ulyana Serqeenko 1981-ci ildə Qazaxıstanın şərqində Ust-Kamenqorsk vilayətində filoloq ailəsində anadan olub. Buna görə də ailəsi qızın təhsilinə xüsusi fikir verirdi. Belə ki, qızcığaz təhsilini ingilis dilli gimnaziyada alıb. Bu gimnaziyada tələblərin təkcə dərsə davamiyyəti deyil, həm də xarici görünüşünə fikir verilirdi. Ulyananın müəllimləri və sinif yoldaşları onun haqqında söyləyirlər ki, hələ uşaqlıqdan nə istədiyini dəqiq bilən qız olub. Onun yaşıdlarından fərqlənmək istəyi xarici görkəmində özünü aydın şəkildə büruzə verirdi. Darıxdırıcı məktəbli formasını geyinmək ona dəhşətli dərəcədə dözülməz gəlirdi, buna görə tədris hissə müdiri qarşısında tez-tez özünə bəraət qazandırmaq məcburiyyətində qalırdı. Hələ uşaqlıqdan moda dünyasının parlaq ulduzu olmağı arzulayırdı. Ulyananın 15 yaşı tamam olanda ailəsi Sankt-Peterburqa köçür. Təsadüfi bir görüş az qala onun parlaq model olmasına gətirib çıxaracaqdı. “Modus Vivendis” agentliyinin nümayəndəsi onu metroda görür və çox bəyənir. Agentlik ona “Head & Shoulders”-in reklamında çəkilməyi təklif edir. Reklam çəkilişlərində iştirak etmək üçün Parisə uçmaq lazım gəlirdi. Lakin valideynləri onun model olmasını istəmirdi və bunun qəti əleyhinə idilər. Ulyana çox pərişan olsa da, Parisə uçmur. O, anasının və atasının təkidi ilə Leninqrad Universitetini bitirir. Sonralar ingilis dili bacarıqlarını təkmilləşdirmək məqsədilə Londona yollanır.

стильная женщина

“Mən cəsarətli və qətiyyətli qəhrəman qadın olmaq arzusunda idim. Özüm üçün üslub axtarmırdım, o elə uşaqlıqdan həmişə mənimlə olub. Mənim həyatımın kumiri - nənəm idi. Modanı mənə o sevdirib. Onun ahəngdar obrazı indiyədək mənim üçün qadınlığın təkrarolunmaz idealıdır. Nənəm uzun yubka və qapalı geyimlərdə çox zövqlü görünürdü. Lakin həmişə belə geyinmirəm, məni hansı tərzdə desən, görmək mümkündür. Bu isə əhval-ruhiyyə və onun mənbələrindən asılıdır. Üzərimdə dəyişiklik etməyi xoşlayıram. Düşünmürəm ki, bundan nə vaxtsa bezə bilərəm, özümü brend qadın hesab edirəm.

Diqqət cəlb etmək üçün bilərəkdən süni üslub icad etməmişəm. Bu baxımdan mənim üçün xarici və daxili uyğunluq problemi yoxdur, onlar məntiqli şəkildə bir-biri ilə bağlıdır.

İşə cins şalvar və idman ayaqqabılarında gedirəm. Yaratdığım obrazlar hər hansı filmin nümayişindən sonra, yaxud əsəri bitirdikdən doğulur. Amma adətən onlar hamısı keçmişə dövrlərə aid olur”.

Kriminal avtoritet və milyonçu ər

Ulyana Serqeenko ali məktəbi bitirdikdən sonra tarix susur. Məsələ burasındadır ki, Ulyananın gənclik illəri haqqında xoşa gələn fikirlər səslənmir. O, S. Peterburqda az tanınan eskort xidmət üzrə mütəxəssis Piter Listermana rast gəlir. Piter qızcığaza Dominikan Respublikasında fotosessiya təşkil edir. Şayiələrə inansaq, Ulyana gənclik illərində dar çərçivədə məşhur oliqarxların darıxmaması üçün onlara eskort xidmət təklif edib. Həmin vaxt Ulyana adı indiyə kimi açıqlanmayan kriminal avtoritetdən ayrılır və uzun müddət tənha-ana statusunda qalır. Yeri gəlmişkən, onun adı məlum olmayan ərindən bir oğlu var.

Bir gün Ulyana Serqeenko üçün hər şey dəyişir. Nəhayət, bəxti gülümsəyir: Ulyana tanınmış oliqarx Danil Xaçaturovla tanış olur. Rus milyonçusu və “Росгосстраха”- nın rəhbəri Danil Хаçаturovun 35 yaşının tamam olması şərəfinə keçirilən gecədə Ulyana Serqeenko “Happy Birthday, Mr. President” mahnısını ifa edir. 2008-ci ilin avqustunda Xaçaturov öz keçmiş həyat yoldaşından ayrılır. Onların boşanma prosesi çox gurultulu olur. Belə ki, milyonçunun 15 illik həyat yoldaşı təzminat olaraq onun sərvətinin yarısını tələb edirdi. Sonralar Anna Xaçaturova boşanma ərizəsini təzyiq altında yazdığını hamıya elan edir və məhkəməyə müraciət edir. Dünyanın ən varlı kişiləri siyahısında yuxarı reytinqlərdə qərarlaşan Danilanın sərvəti boşandıqdan sonra yarıbayarı enir. Bu hadisələr Danilanın Ulyana ilə evlənməsinə mane olmur. Elə həmin il məşhur modapərəst Rusiyanın ən zəngin iş adamı ilə evlənir. Tezliklə cütlüyün övladı dünyaya gəlir.

2009-cu ildən etibarən sarışın modapərəst tez-tez kübar cəmiyyətlərdə görünməyə başlayır. Kübar və imkanlı qadın adının ardınca o, məşhur modapərəst statusunu təsdiq edir. Fərdi və qeyri-adi üslubu dəb jurnallarının müzakirə obyektinə çevrilir. O, Londonda, Nyu-Yorkda, Parisdə və Milanda keçirilən bütün yüksək dəb həftələrini təqib edir. Onun dəb paytaxtlarındakı moda zəfərləri bunları bitmir. Belə ki, həyat yoldaşının hərtərəfli maddi dəstəyi nəticəsində 2 il ərzində şəxsi markasını yaradır.

Onun uşaqlığından bəri iki ehtirası olub: moda və fotolar. Ancaq maddi imkansızlıqdan dolayı bu iki sahənin heç birində işləməyə fürsət tapmır. Ulyana istedadı, tərzi və ərinin maliyyə dəstəyi sayəsində qısa müddət ərzində moda dünyasında inqilab edir. Orijinal stili ilə bu gün təkcə Rusiyanın deyil, bütün dünyanın dəb ilahəsi sayılır. Ulyana Serqeenkonu digər dəb ikonalarından ayıran 1950-ci illərin dəb tendensiyalarından ilham almasıdır. Modelyer incə beli, qüsursuz üz cizgiləri və dramatik geyimləri ilə hər kəsi özünə valeh edir.

2011-ci ildə Ulyanın debüt kolleksiyası təntənəli şəkildə nümayiş olunur. Bu kolleksiyanı məşhur dizayner Oksana Lavrenteva (brendin sahibi Alexandеr Terekhov) ilə əməkdaşlığı nəticəsində ərsəyə gətirir. Rus koloritindən ruhlanaraq dizayner təmtəraqlı, qabarıq və beli vurğulayan yubkalar, qeyri-adi aksessuarlar və sevimli retro üslubunun detalları ilə zəngin ayaqqabı modelləri yaradır. Kolleksiyalarında istifadə olunan incə krujeva, dəvəquşu lələkləri və dəbdəbəli xəzlər də diqqətəlayiq olan məqamlardandır. Kolleksiyanın nümayişindən sonra Ulyana Moskvada ilk, daha sonra Alma-ata və Yekaterinburq şəhərlərində butiklərini açır. Kolleksiya o qədər uğur qazanır ki, tezliklə dizayner fransız modapərəstlərin zövqünü fəth edir. Böyük moda evlərinin illər nəticəsində qazandığı uğur və məşhurluğu Ulyana bir neçə il ərzində əldə edir. Hətta dünya ulduzları da onun geyim kolleksiyasından bəhrələnməyə can atır. Məsələn, Ksenya Sobçakın gəlinlik donunu Ulyana Serqeenko hazırlamışdı. Ərəb dünyasının dəb ikonu və birinci xanımı Şeyx Moza da Serqeenkonun uzun donlarını çox sevir və mütəmadi olaraq bu markaya müraciət edir. Beyons da ənənəvi rus motivləri əsasında hazırlanan geyimlərə müraciət edən məşhurlar siyahısına daxildir. Onun seçimi Ulyana Serqeenkodan başqa kim ola bilər ki?

Özünəməxsus üslubuna görə, Ulyananı Avropada “матрешкa” və “nənə” çağırırlar. Demək olar ki, onun arzu siyahısının hamısı bir-bir reallaşır. 2011-ci ildə “Glamour” jurnalı onu ilin “Ən dəbli xanımı” seçir. Rus dəbinin kraliçası dünyanın ən nüfuzlu dərgilərinin üz qabığında çəkilib.

Ulyana Serqeenkonun uğurlarını çoxu ərinin adı ilə bağlayır. Özü isə müsahibələrində bildirir ki, “Mən bunu etiraf edirəm, həyat yoldaşımın təqdim etdiyi imkanları dana bilmərəm. Həm də aydın görünür ki, yeganə zəngin ər, mən isə yeganə zəngin qadın deyiləm!

Biz xaricdə olanda mənə həmişə kompliment edirlər və bu, ərimin xoşuna gəlir. Həmişə zarafatlaşırıq ki, bax Danya sən Ust- Kamenqorskun məchul sakinini dünyanın hər yerində tanıda bildin. Tanınmayan bir qadının varlı kişinin həyat yoldaşı olmasını çoxları həzm edə bilmir, bunun necə baş verdiyini anlamır”.

Onun yaraşıqlı milyoneri necə yoldan çıxardığını bu fəlsəfə ilə izah etmək olar. Məsələn, yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar. Rus qadınlarının isə əldə edə bilməyəcəyi heç nə yoxdur...

Lakin 2013-ün ilin yayında kübar cəmiyyətin salonlarında inanılmaz şayiələr yayılır. “Tatler” jurnalının yaydığı məlumata görə, cütlük keçən yay ayrılıb. Buna baxmayaraq, keçmiş müttəfiqlər biznes və dostluq münasibətlərini qoruyub saxlayıblar.

Qadının ən böyük cavahiratının onun zövqü olduğu prinsipi ilə yanaşsaq, Ulyananın ələ keçməz ləl-cavahiratla dolu xəzinə olduğunu iddia edə bilərik. Onun bütün obrazlarının əksəriyyətində rus estetikası özünü aydın şəkildə göstərir.

Tafta, məxmər və krujeva: Dəb ilahəsinin gecə dəvətlərində geyindiyi qabarıq taftadan tikilən ətəklər, belə oturan məxmər donlar və ən bahalı krujevadan tikilən paltarlar incə zövq nümunəsidir.

стильная женщина стильная женщина

Chloe: Front Row - Paris Fashion Week Womenswear Spring / Summer 2013

Basma ətək və donlar: Onun tərzində etnik üslubun elementlərinə tez-tez rast gəlirik. Milli rus geyimlərinə xas iri güllü basma donlar və ətəklər ən sevimli tərzidir. Yerə qədər sürünən güllü donları və ətəkləri ilə onu Rusiya dəbinin kraliçası adlandırmaq olar.

стильная женщина

Qısa və şəffaf donlar: Ulyana Serqenko son zamanlarda stilində dəyişiklik edib. Belə ki, incə bədən quruluşuna yaraşan qısa donlarda o, çox seksual görünür.

стильная женщина

Hündürdaban ayaqqabılar: Ulyana Serqenko adətən hündürdaban ayaqqabılarla göz oxşayır. Onu düz ayaqqabılarda görmək çətin məsələdir. Ayaqqabılarının hündürlüyü 15 sm olur.

стильная женщина стильная женщина

Şallar və şlyapalar: Ulyana Serqenko papaqları ilə hər zaman diqqət çəkir. Onun üslubunda dəbdəbəli zinət əşyalarına rast gələ bilməsək də, taxdığı zərif papaqlar onu çox kübar göstərir.

стильная женщина стильная женщина

Saç aksessuarları: Ulyana Serqeenkonu zinət və bəzək əşyaları içində boğulduğunu görmək mümkün deyil. Amma saç aksessualarını çox sevir. Obrazını fərqli saç aksessuarları ilə vurğulayır.

стильная женщинастильная женщина

/tabloid/

Müəllif: