26 May 2017 14:19
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, konsert “Mədəniyyət” kanalı və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Lalə Məmmədovanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib.

Müğənnini konsert boyu əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertdə ictimai simalar, eyni zamanda tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.


Müəllif: Pərvin