26 May 2017 16:02
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşimi atıb sevdiyim adamın dalınca qaçmaram. İşim hər şeydən üstündür.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla bu gün keçirdiyi mətbuat konfrasında deyib.

O bildirib ki, Allah qismət eləsə, bir gün ailə quracaq: "Sevgisiz həyat olmaz. Əlbəttə, ürəyimdə sevgim var. Çox xoşbəxtəm. Allah qismət eləsə ailə quracam. Toyu, evliliyi bəyan edərlər. Bunu niyə gizlətməliyəm ki? Qanuni nikahla ailə qururamsa, gələcək övladım atasının soyadını daşıyarsa, bunu niyə gizlədim?"

"İşlərinizin çoxluğundan sevdiyiniz adama vaxt ayıra bilirsinizmi" sualına müğənni:
"İşimi atıb kiminsə dalınca qaçmaram. İşim mənim üçün çox önəmlidir və hər şeydən üstündür" deyib.


Müəllif: Pərvin