17 İyul 2014 15:54
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovison 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın Türkiyədə juri qismində iştirak etdiyi "X Factor" yarışmasının bu həftəki buraxılışında qalmaqal yaşanıb.

Teleqraf.com bildirir ki, Nigar ilə yanaşı münsif kürsüsündə bəstəkar-müğənni Sinan Akçıl, gənc ifaçı Atiyə, və rejissor-fotoqraf Nihad Odabaşı da əyləşib.

Müsabiqədə Halil Polad adlı iştirakçının Atiyə ilə mübahisəsi düşüb. Atiyə iştirakçının çıxışından sonra onun ifasının gözəl olduğunu, amma digərlərindən seçilmək üçün üzərində daha çox çalışmaq gərəkdiyini deyib. Bundan sonra isə Halil Atiyənin ifasını bəyənmədiyini deyib. "Əlbəttə ki, bəyənməyə bilərsiniz. Çünki sizinlə ifa tərzimiz çox fərqlidir. Mənim səsinizdə və mahnılarınızda heç nə hiss etmədiyim kimi, sizin də oxumağımı xoşlamamağınız normaldır".

Jüri üzvləri eşitdiklərindən sonra yerlərində donublar. Onlar yarışmaçını bu hərəkətinə görə tənqid edəndən sonra Nigar Camala söz verilib. S.Akçıl ondan Nigarın məsul olduğu üçün son sözü də onun deyəcəyini billirib.


Müəllif: