2 İyun 2017 12:55
4 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orda nə mən, nə də qarşı tərəf söyüş söymüşük. Murad müəllim mənim sakitləşməyim və münaqişənin uzanmaması üçün ağzımı tutmuşdu... Məni o vəziyyətdə gördüyünüz üçün bir daha üzr istəyirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva dünən “Maşın şou”da Səidə Sultanla yaşadığı münaqişəyə aydınlıq gətirərkən deyib.

Qeyd edək ki, Pərvin Abıyeva Kənan MM üçün dəstək istəyən zaman Səidə Sultanın müdaxiləsinə dözə bilməyib, əsəbiləşib.

“Yaşananlara görə hər kəsdən dönə-dönə üzr istəyirəm. Mən orda göründüyü kimi həyasız, ləçər insan deyiləm, amma məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan öncə psixoloqla danışıb, sakitləşib gəlmişdim.

Bu proqramın qayda-qanunları var. Biz müqavilə imzalayıb gəlmişik. Qaydalara görə, ailəyə və şəxsiyyətə toxunmaq olmaz. Murad müəllim mənə mikrofon uzatdı. Danışdığım yerdə Səidə xanım mənim öz doğma qardaşıma dil uzatdığı üçün özümdən çıxdım və o həddə çatdım.

Çünki heç kim heç kimin ailəsinə dil uzada bilməz, özü də canlı efirdə. Nəzərinizə çatdırmaq istəyirəm ki, orda nə mən, nə də qarşı tərəfdən söyüş işlədilməyib".


Müəllif: Nərmin