17 İyul 2014 21:14
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən itbazam. Çoxlu itlərim var. Bir itim İtalyan itidir. O biri Labradordur”.

Bunu movqe..az-a müsahibəsində xalq artisti Səməd Səmədov deyib. O, bildirib ki, Putinin də, Barak Obamanın da iti Labrodordur: “Hörmətli Səməd Səmədovda da Labradordu. Mənim 5 nəvəm var. Hərdən inan Allaha onların da adını unuduram. Yadımdan çıxır adları, səhv salıram. Allah saxlasın bütün nəvələri. Bir dəfə sual verdilər ki, Azərbaycan himnini kim yazıb. Bizdə o qədər gözəl bəstəkarlar var ki... Qara Qarayev, Fikrət Əmirov, Emil Sabitoğlu, Arif Məlikov və b. Mən indi bilirəm ki, himnimizi Üzeyir Hacıbəyov yazıb. O zaman mənə sual verəndə nə edim unutmuşdum da.Onu şişirtdilər. Elə bildilər ki, mən boyda kişini biabır etdilər. Allah həmin insana lənət etsin. Mənim yerimə Mirzə Babayev olsaydı onu da biabır edəcəkdilər ? Ola bilər də...

Dediyim kimi, 5 nəvəm var, 4 dənə də itə baxıram. Qızım da gedib mənim acığıma Labrador alıb. Çomaq əlimdə 4 dənə itə baxıram. Unutqanlıq olar da...”.

S. Səmədov müsahibəsində ailə həyatından da danışıb və həyat yoldaşından qorxduğunu bildirib: “Ailədə mən güclü rəhbərəm. Amma bilirsiniz, arvaddan qorxmayan kişi deməli kişi deyil. Əlbəttə qorxuram. Neçə illərdir onun sözü keçib. Dava düşüb, onla alaşmışam. Amma sonra görmüşəm ki, vay o düz deyirmiş ki...Yoldaşımın 6 bacısı var, hər kəs İradə ilə məsləhətləşir. filoloqdur mənim xanımım. İlhamə Quliyeva da mənim xanımımla dostluq edir”.


Müəllif: